Yığmamızın və "Rubin"in müdafiəçisi Ruslan Abışov Kazan təmsilçisinin rəsmi saytına müsahibə verib.
- 2013-cü ildə sənin üçün ən yaddaqalan hadisə nə oldu?
- 2013-cü ilin ən maraqlı hadisəsi mənim üçün Bakıda keçirilmiş Azərbaycan - Rusiya matçı oldu. Biz azlıqda qalsaq da, matçın sonlarında hesabı bərabərləşdirə bildik (1:1).
- 2014-cü ildən nə gözləyirsən?
- Daha çox oyun təcrübəsi qazanmağı və az zədə almağı.
- Yeni ildən hansı hədiyyəni gözləyirsən ki, onu sənə verən olmayıb?
- "Ferrari" avtomobili.
- Son olaraq hansı ifaçının mahnılarını öz pleylistinizə əlavə etmisən?
- İndi dəqiq xatırlamıram. Müxtəlif müğənnilərin mahnılarına qulaq asıram. Konkret kiməsə üstünlük verdiyimi deməzdim.
Fanat.az