“Qəbələ”nin futbolçusu Ruslan Abışov üçün Topaz Premyer Liqasının XXIII turu iki yubileylə əlamətdar olub. Fanat.az xəbər verir ki, “Xəzər Lənkəran”la qarşılaşmada Azərbaycan çempionatlarında 150-ci matça çıxan müdafiəçi 10-cu qolunu vurub.
Bununla da komandasının 3:1 hesablı qələbəsində pay sahibi olan 28 yaşlı futbolçu Premyer Liqada 2006/07 mövsümündə debüt edib. İlk görüşünü “Neftçi”nin heyətində keçirən arxa xətt oyunçusu paytaxt təmsilçisində 115 matçda 7, “Xəzər Lənkəran”da isə 17 qarşılaşmada 1 qol vurub. “Qəbələ”də ilk mövsümünü keçirən Abışov 18 oyunda 2-ci dəfə fərqlənməklə qol sayını 10-a çatdırıb.
| mövsüm | klub | oyun | qol |
| 2006/07 | Neftçi (Bakı) | 7 | 0 |
| 2007/08 | Neftçi (Bakı) | 12 | 0 |
| 2008/09 | Neftçi (Bakı) | 16 | 0 |
| 2009/10 | Neftçi (Bakı) | 25 | 0 |
| 2010/11 | Neftçi (Bakı) | 25 | 2 |
| 2011/12 | Neftçi (Bakı) | 30 | 5 |
| 2012/13 | Xəzər Lənkəran | 17 | 1 |
| 2014/15 | Qəbələ | 18 | 2 |
| Cəmi |
| 150 | 10 |
Fanat.az