"Mərakeşdə keçirilən klublararası dünya çempionatında üçüncü yerin sahibi müəyyənləşib. Fanat.az xəbər verir ki, bu yer uğrunda Çinin “Quançjou” təmsilçisi ilə Braziliyanın "Atletiko Mineyro" klubu qarşılaşıb.
Görüş ikincilərinin 2:3 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Braziliya təmsilçisi turniri 3-cü pillədə tamamlayıb.
Qeyd edək ki, turnirin final oyununda "Bavariya" və "Raja Kasablanka" qarşılaşacaq. Görüş bu gün Bakı vaxtı ilə saat 23.30-da başlayacaq.
Quançjou - Atletiko Mineyro 2:3
Qollar: Muriqui, 9. Dario Konka, 15-pen - Dieqo Tardelli, 2. Ronaldinyo, 45+1. Luan, 90+1.
Qırmızı vərəqə: Ronaldinyo, 87 (Atletiko Mineyro).
Fanat.az