Rəcəbov - Məmmədyarov: "saqqala soğan doğrayanlar"

Rəcəbov - Məmmədyarov: "saqqala soğan doğrayanlar"

Bu gün Tiflisdə FİDE Qran-Prisinin 3-cü mərhələsinin 8-ci turunun qarşılaşmaları keçirilir. Fanat.az xəbər verir ki, ən tez Teymur Rəcəbov - Şəhriyar Məmmədyarov partiyası başa çatıb.

İki azərbaycanlı qrossmeysterin qarşılaşmasının 24-cü gedişində heç-heçə qeydə alınıb.

Lakin oyunu təhlil edərkən, aşkar şəkildə görmək olar ki, tərəflər əvvəlcədən bu nəticəyə razılaşıblar. Rəcəbovun 2 fiqur qurban verərək, "ömürlük şah" elan etməsi onun oyun üslubuna bələd olanlar üçün görüşün əvvəlcədən planlaşdırılmasını aşkar göstərir. Başqa sözlə, tərəflərin "saqqalımıza soğan doğramaq" cəhdi olduqca uğursuz alınıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər