Tiflisdə kişi şahmatçıları arasında FİDE Qran-Prisinin 3-cü mərhələsinin 2-ci turu arxada qalıb. Fanat.az xəbər verir ki, ilk turda qələbə qazanan Şəhriyar Məmmədyarov bu dəfə məğlubiyyətlə üzləşib.
Azərbaycanlı qrossmeyster özbək Rüstəm Kasımcanovla görüşdə ağ fiqurlarla oynamasına rəğmən, 40-cı gedişdə təslim olub.
Yarışda iştirak edən digər azərbaycanlı qrossmeyster Teymur Rəcəbov ənənəsinə sadiq qalaraq, növbəti heç-heçəsini edib. Rəcəbov ağ fiqurlarla Baadur Cobavayla xalları yarı bölüb.
İlk 2 turdan sonra liderliyə Aniş Giri (Hollandiya) və Aleksandr Qrişşuk (Rusiya) yiyələniblər. Hər iki şahmatçının aktivində, 1,5 xal var. Onları izləənlər arasında Məmmədyarovla Rəcəbov da var. Azərbaycanlı qrossmeysterlərin aktivində hərəyə 1 xal var.
Fanat.az