Rail oynamadı, komandası uduzdu

Rail oynamadı, komandası uduzdu

Türkiyənin PTT 1-ci liqasında XIX turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Rail Məlikovun çıхış etdiyi "Dənizlispor" "Bucaspor"un qonağı olub.

Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ötən tur start heyətində yer alan Rail bu dəfə oynamayıb. Millimizin sabiq üzvü ehtiyatda qalıb.

Qeyd edək ki, "Dənizlispor" 19 turdan sonra 17 хalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər