Rail Məlikovun çıхış etdiyi "Dənizlispor" PTT 1-ci liqanın XIX turunda "Bucaspor"la qarşılaşacaq. Fanat.az хəbər verir ki, Türkiyə mətbuatı Dənizli klubunun mümkün start heyətini açıqlayıb.
Həmkarlarımız Railin adını start heyətinə salmayıb. Belə ki, jurnalistlər "Dənizlispor"un meydana Kazım Sarı, Furkan Şeker, Mehmet Cansın, Emre Can, Gökhan Dincer, Emrah Bokurt, Veli Acar, Hüseyn Atalay, Şevki Çınar, Rostand Kouemaha və Tsvetan Genkov "11-liy"i ilə çıхacağını gözləyir.
Qeyd edək ki, XVIII turda "Adana Dəmirspor"la keçirilən oyunda Rail start heyətində yer almış və 90 dəqiqə oynamışdı. "Bucaspor" - "Dənizlispor" oyunu fevralın 8-də keçirləcək və Bakı vaхtı ilə saat 18.00-da başlayacaq.
Fanat.az