"Xəzər adaları"nın büdcəsi 3 dəfə artırıla bilər. Fanat.az xəbər verir ki, bunu jurnalistlərlə görüşdə saytımızın əməkdaşının ünvanladığı suala cavab verərkən klub prezidenti Hacı İbrahim Nehrəmli səsləndirib.
Eyniadlı konsernin rəhbəri ölkə çempionu olacaqları təqdirdə büdcənin 3 milyon dollaradək artırılacağını bildirib: "Cari mövsüm üçün büdcəmizi 1 milyon dollar etdim. Heç vaxt ikinciliklə barışmamışam. Azərbaycan çempionu olub, Avropada ölkəmizin adını ucaltmaq istəyirik. Özü də tək iştirak etməklə kifayətlənmək fikrimiz yoxdu. UEFA Kubokunun qalibi olmaq istəyirik. Əgər Azərbaycan çempionu olsaq, dünyanın ən güclü futzalçılıarını klubuma dəvət edəcəm. Hesab edirəm ki, bunun üçün 3 milyon dollarlıq büdcə kifayət edər".
Fanat.az