İran çempionatında XIX turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, "Traktorsazi" "Sepahan"ı qəbul edib.
Oyun qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Traktorsazi" ilk yarıda qol buraxdığı matçın 83-cü dəqiqəsində Kərim Ansarifardın bərabərlik qoluna sevinsə də, son saniyələrdə üstünlüyü əldən verib.
Məğlubiyyət səbəbindən "Traktorsazi" ilk pilləni əldən verib. Hazırda aktivində 33 xal olan komanda 5-ci pillədə qərarlaşıb. İlk iki pilləni tutan "Persepolis" və "Neft"in 36, 3-4-cü yerlərdə qərarlaşmış "İstiqlal" və "Fulad"ın (Xuzestan) 35 xalı var.
Təbrizin digər təmsilçisi "Qostareş-Fulad" isə bu turda "Fəcr"in qonağı olub. Oyun 0:0 hesabı ilə başa çatıb. "Qostareş-Fulad" 19 turdan sonra 20 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Fanat.az