Tiflisdə FİDE Qran Prisinin 3-cü mərhələsi çərçivəsində 9-cu turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, azərbaycanlı qrossmeysterlər - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov hesabat turunda qələbə üzünə həsrət qalıblar.
Rusiyalı Dmitri Andreykinlə qara fiqurlarla qarşılaşan Teymur Rəcəbov 53-cü gedişdə heç-heçəyə imza atıb.
Ağ fiqurlarla hollandiyalı Aniş Giriylə oynayan Şəhriyar Məmmədyarov isə sicilya müdafiəsini seçən rəqibinə debütdə çətin anlar yaşatsa da, sonda hollandiyalı heç-heçəyə nail olmağı bacarıb.
Bu tudan sonra Rəcəbovun 5, Məmmədyarovun isə 4,5 xalı var.
Fanat.az