"Simurq" son məşqdə 6 əskiklə çalışdı

"Simurq" son məşqdə 6 əskiklə çalışdı

"Simurq" "Qəbələ" ilə oyunun hazırlıqlarını tamamlayıb. Fanat.az xəbər verir ki, Zaqatala təmsilçisi dünən oyunöncəsi son məşqinə çıxıb. 

Zədəli Ali Gökdəmir, Rəşad Əzizli, Nicat Muxtarov və əvəzedici heyətdə forma geyinmiş Oruc Balaşlı, Vadim Abdullayev, Kənan Müslümov çalışmalarda iştirak etməyib. 

Bir saatdan artıq davam edən hazırlığa Georgi Çixradzenin yetirmələri qaçış və isinmə hərəkətləri ilə başlayıb. Daha sonra üç qrupa bölünərək "kvadrat" oynanılıb. İkitərəfli oyundan sonra isə qapıya zərbələrlə məşq tamamlanıb və futbolçular istirahətə çəkilib. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər