"Simurq" 1 əskiklə çalışdı

"Simurq" 1 əskiklə çalışdı

Topaz Premyer Liqasının XXIV turunda "İnter"in qonağı olacaq "Simurq" bu gün son məşqinə çıxıb. Fanat.az xəbər verir ki, qarşılaşmanın keçirələcəyi stadionda çalışmaları tamamlayan Zaqatala klubu bir saata yaxın davam edən hazırlıqlığa isinmə hərəkətləri ilə başlayıb. 

Daha sonra qruplara bölünərək "kvadrat" və ikitərəfli oyun keçirilib. Sonda isə cinahlardan asmalar və onların qapanması tapşırığı yerinə yetirilib. 

Son məşqdə yalnız zədə səbəbindən heyətdən ayrı düşən Ali Gökdəmir iştirak etməyib. Milli komandaların düşərgələrində olan Rəşad Eyyubov, Vüqar Mustafayev və Vadim Abdullayevdə artıq düşərgəyə qayıdıb. Onlar son məşqdə iştirak edib. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər