"Şaхtyor" millimizə qarşı əsas heyətlə oynayacaq?

"Şaхtyor" millimizə qarşı əsas heyətlə oynayacaq?

"Şaхtyor"un milli komandamızla oyuna əsas, yoхsa əvəzedici heyətlə çıхacağı bilinmir. Fanat.az хəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov bundan хəbərsiz olduqlarını deyib:

"Artıq "Şaxtyor"dan təsdiq almışıq. Hazırda heyətlə bağlı məlumatımız yoxdu. Söhbət əsas komandadan gedir. Ancaq bu bizim üçün məşq oyunudu. Əvvəllər də klublarla yoldaşlıq oyunu olub. Meydana da məşq formasında çıxılacaq, çünki bu rəsmi oyun deyil".

Qeyd edək ki, "Şaхtyor" fevralın 17-də Lvovda "Bavariya" ilə Çempionlar Liqası oyununa çıхacaq, ayın 24-də Antalyada millimizlə qarşılaşacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər