"Rubin"in saytı: "Ruslan Abışov hələlik avrokubok oyunçusudu"

"Rubin"in saytı: "Ruslan Abışov hələlik avrokubok oyunçusudu"
"Rubin"in rəsmi saytı Ruslan Abışov haqda yazı dərc edib. Fanat.az xəbər verir ki, xəbərdə futbolçumuzun Premyer Liqada oynamamasının səbəbi açıqlanıb:
 
“Ruslan Abışov “Rubin” üçün hələlik avrokubok oyunçusudu. Cari mövsümdə Avropa Liqasında dörd oyuna çıxmış futbolçu, Rusiya çempionatında bir oyuna belə çıxmayıb. Azərbaycanlı universala Premyer Liqada oynamağa legioner limiti də mane olur. Abışov iştirak etdiyi oyunlarda özünü möhkəm, keyfiyyətli dağıdıcı kimi göstərib. Yığmada bəzən kapitan sarğısını daşıyan 26 yaşlı Abışov, rəqib qapısına təhlükə törədə bilir. Millidə 38 oyuna 4 qol vurmuş futbolçu, bu qollardan ikisini son təsnifat mərhələsində vurub. Oyunçunun özü yığmada liderlərdən biridi. Klubda isə öz şansının səbrlə gözləyib. Axı onun mövqeyində “Rubin”də rəqabət böyükdü. Pərəstişkarları Abışovun tezliklə Rusiya Premyer Liqasında oynayacağını səbirsizliklə gözləyir”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər