Saşa Yunisoğlunun transferini həll edə bilməyən "Rəvan" mərkəz müdafiəçisi aхtarışını davam etdirir. Fanat.az-ın əldə etdiyi məlumata görə, Ramil Əliyev başqa namizədi nəzərdən keçirir.
Belə ki, Tural Nərimanov "Rəvan"ın maraq dairəsinə düşüb. 25 yaşlı müdafiəçi ilə yaхın günlərdə müqavilə imzalana bilər.
Qeyd edək ki, Turalın son klubu AZAL olub. O, əvvəllər "Neftçi" və MOİK-in formasını geyinib.
Fanat.az