"Rəvan" ilin son sınağına hazırdı

"Rəvan" ilin son sınağına hazırdı
İlin son oyununda "Simurq"u qəbul edəcək hazırlıqları yekunlaşdırıb. Fanat.az xəbər verir ki, Zaqatala klubu ilə oyuna hazırlığa həftənin əvvəlindən başlayan komanda "Bayıl Arena"dakı çalışmalarda taktiki-texniki hazırlığa daha çox üstünlük verib.
Bu günkü, yəni oyunöncəsi son məşq də bu baxımdan istisna olmayıb. Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında futbolçular ümumi qrupda qaçdıqdan, isinmə hərəkətlərini yerinə yetirdikdən sonra yüngül məşqlə kifayətlənib. Taktiki-texniki planda hazırlaşan futbolçular artıq oyun saatını gözləyir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər