Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatının XII turdan təxirə salınan oyun baş tutub. Fanat.az хəbər verir ki, günün yeganə oyununda "Rabitə" "Telekom"u sınağa çəkib.
Matçın aşkar favoriti olan son illərin dəyişməz ölkə çempionu çətinlik çəkmədən 3 xal qazanıb. Zoran Qayıçin gəlişindən sonra əsas rəqiblərindən “Lokomotiv” üzərində “quru hesablı” qələbə qazanan “Rabitə” “Telekom”a da eyni aqibəti yaşadıb - 3:0.
Super Liqa
XII tur
21 fevral
Telekom - Rabitə 0:3 (12:25, 15:25, 22:25)
"Gənclik" Olimpiya İdman Kompleksi.
| № | Komanda | O | Q | M | S | T | X |
| 1 | Rabitə | 11 | 9 | 2 | 30-9 | 934-757 | 27 |
| 2 | Azəryol | 10 | 8 | 2 | 28-11 | 908-808 | 25 |
| 3 | Lokomotiv | 11 | 8 | 3 | 27-15 | 1005-828 | 23 |
| 4 | Telekom | 11 | 1 | 10 | 8-32 | 787-967 | 3 |
| 5 | Azərreyl | 11 | 1 | 10 | 6-32 | 720-905 | 3 |
Fanat.az