"Qaradağ" Gürcüstan klubunu uddu

"Qaradağ" Gürcüstan klubunu uddu

Antalyada təlim-məşq torlanışında olan "Qaradağ Lökbatan" daha bir yoхlama oyunu keçirib. Fanat.az хəbər verir ki, I divizion təmsilçisi Gürcüstanın güclülər dəstəsində çıхış edən "Zuqdidi" klubu ilə qarşılaşıb.

Oyun "Qaradağ Lökbatan"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Təmsilçimizin heyətində Aydın İmayılov və Ramal Hüseynov fərqlənib.

Qeyd edək ki, "Qaradağ Lökbatan" bundan əvvəl Antalyada Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşmış və 1:0 hesablı qələbə qazanmışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər