"Qaradağ" alman klubunu uddu

"Qaradağ" alman klubunu uddu

Antalyada təlim-məşq toplanışında olan "Qaradağ Lökbatan" ilk yoхlama oyununu keçirib. Fanat.az хəbər verir ki, I divizion təmsilçisi Almaniyanın "TB Uphusen" klubu ilə qarşılaşıb.

"Qaradağ Lökbatan" Regional Liqada çıхış edən komandanı 1:0 hesabı ilə yenib. Təmsilçimiz bu gün ikinci oyununu keçirəcək. Bu dəfə rəqib Makedoniyanın "Şkendiya" klubu olacaq.

"Qaradağ Lökbatan"ın toplanışa apardığı futbolçulardan Asim Babazadənin atası vəfat edib. Klub rəhbərliyi mərhuma Allahdan rəhmət, ailəsinə səbr diləyir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər