“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun azerisport.az saytına müsahibəsi - “Piast”la Polşadakı oyun “Qarabağ” üçün yaxşı başladı – erkən qol, ardınca daha bir neçə qol imkanı. Sonra nə dəyişdi? - Nəyinsə dəyişdiyini deməzdim. Hətta iki qol buraxandan sonra da rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yarada bilirdik. Öz futbolumuzu oynadıq. Düzdü, “Piast”ın da standart vəziyyətləri təhlükəli olurdu. Amma onlar da tirdən dönən zərbələri istisna olmaqla xüsusi nə iləsə yadda qalmadılar. Sadəcə, “ikinci mərtəbə”də bizi üstələyirdilər. - Qol vəziyyətlərindən yaxşı yararlana bilməməyiniz sizi narahat etmir? - Əlbəttə, belə rəqiblərlə oyunlarda qol vəziyyətlərini boşa vermək olmaz. Leroy Corcun qolundan sonra bizim çoxlu vəziyyətlərimiz oldu. Onların ən azı birindən istifadə etsəydik, oyunun taleyi həll olunacaqdı. - Belə azarkeş dəstəyi qarşısında “Piast”a qarşı oynamaq çətin deyildi ki? - Möhtəşəm dəstək var idi. Həqiqətən də bizə asan olmadı. Yerli fanatlar “Piast”a çox kömək etdilər. Amma məhz onların sayəsində oyun bu qədər maraqlı alındı. - Siz əlavə vaxtda uğur qazanacağınıza inanırdınız? - Əlbəttə, mərhələ keçəcəyimizə inanırdıq. Futbolda heç vaxt ruhdan düşmək olmaz. - Sizə elə gəlmir ki, “Piast” oyunu penaltilərə daşımaq istəyirdi? - Xeyr. İkinci hissədə onlar daha bir ucaboylu hücumçunu meydana buraxdılar. Onlar görüşün taleyini penaltilərə saxlamağı yox, əsas vaxtda həll etmək istəyirdilər. Biz isə Bədavi Hüseynovu meydana buraxdıq ki, müdafiə xəttimiz daha inamlı çıxış edə bilsin. - Yerli azarkeşlərin tribunadan tanınmayan “Dağlıq Qarabağ Respublikası”nın bayrağını asdığından xəbəriniz var? - Onlar bizə təzyiq göstərməyə çalışırdılar. Futbolda bu, normaldı. Biz bilirik ki, Qarabağ bizim torpaqlarımızdı. Hansı ki, hələlik işğal altındadı. Biz işğal altında olan torpaqlarımızı qürurla təmsil edirik.- Üçüncü təsnifat mərhələsindəki rəqibiniz barədə düşünməmisiz? - Xeyr. Bakıya gedək, orda baxarıq. - Hakimlik barədə nə deyərdiniz? - Çoxlu anlaşılmaz qərarlar var idi. Hələ bir çox mübahisəli epizodları görmədim. Amma əsas odu ki, mərhələ keçməyi bacardıq.
"Oyunun taleyini əsas vaxtda həll etməli idik"
TREND
Azərbaycan futbolu
10:48
15.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
18:19
15.10.2026
"Qarabağ"ın 3 futbolçusu "Neftçi"yə qarşı oynaya bilməyəcək
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Oxşar xəbərlər
Redaksiyadan
19:50
10.10.2026
Azərbaycan cüdoçularına dan dərəcələri təqdim olundu
Redaksiyadan
18:43
10.10.2026
AAF rəhbərliyi Avropa federasiyasının prezidenti ilə görüşdü
Digər
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
Digər
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"