"Neftçala" vətənə dönür

"Neftçala" vətənə dönür

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçala" bu gün toplanışı başa vuraraq vətənə dönəcək. Fanat.az xəbər verir ki, komanda axşama doğru Bakıda olacaq.

Baş məşqçi Kamal Quliyev yetirmələrinə 2 günlük istirahət verəcək. "Neftçala" yenidən Bakıda bir araya gələrək II dövrənin hazırlıqlarını davam etdirəcək.

Qeyd edək ki, "Neftçala" Antalyada 4 yoxlama oyunu keçirib. "Viktoriya"nı (Belin, Almaniya) 2:1, "Manavqatspor"u (Türkiyə) 5:0, "Zuqdidi"ni (Gürcüstan) 4:1 hesabı ilə yenən I divizionun lideri "Yaqelloniya"ya (Polşa) uduzub - 2:4.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər