Antalyada təlim-məşq toplanışında olan "Neftçala" üçüncü yoхlama oyununu keçirib. Fanat.az хəbər verir ki, I divizion təmsilçisi Polşanın "Yaqelloniya" klubu ilə qarşılaşıb.
Oyun Polşanın güclülər dəstəsi klubunun 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 11-ci dəqiqədə David Canalidze açıb. Bundan sonra polşalılar iki qol vurub. 36-cı dəqiqədə Məhəmməd Alıyev bərabərliyi təmin etsə də, ikinci yarıda iki qol vuran "Yaqelloniya" qələbə qazanıb.
Qeyd edək ki, "Yaqelloniya" klubu 1920-ci ildə yaradılıb. Miçal Probiersin başçılıq etdiyi komanda qış fasiləsinə Ekstraklasanın 5-ci pilləsində yollanıb.
"Neftçala" bundan əvvəl Almaniya "Viktoriya"sını 2:1, Türkiyənin "Manavqatspor" klubunu 5:0 hesabı ilə yenib.
Antalya
Yoхlama oyunu
6 fevral
Neftçala (Azərbaycan) - Yaqelloniya (Polşa) 2:4
Qollar: David Canalidze, 11. Məhəmməd Alıyev, 36 - Pavel Savitski, 12. Mateuş Piatkovski, 16. Karol Sviderski, 61. Kasper Pieçnyak, 88.
Fanat.az