Antalyada təlim-məşq toplanışında olan "Neftçala" hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, I divizionun lideri Gürcüstan təmsilçisi "Zuqdidi" klubu ilə qarşılaşıb.
Görüş "Neftçala"nın böyükhesablı qələbəsi ilə başa çatıb - 4:1.
Qeyd edək ki, Kamal Quliyevin komandası əvvəlki yoxlama oyunlarında Almaniyanın "Viktoriya" klubuna 2:1, Türkiyənin "Manavqatspor" komandasına 5:0 hesabı ilə qalib gəlib, Polşa "Yaqelloniya"sına isə 2:4 hesabı ilə uduzub.
Fanat.az