"Anar Salmanovun Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya şikayət məktubu göndərməsindən xəbərim var". Fanat.az xəbər verir ki, bu sözləri Xaqani Məmmədov deyib.
Baş katib günahın Anar Salmanovda olduğunu bildirib: "Burada birbaşa məsuliyyət sədr olduğu üçün Xaqani Məmmədovun öhdəsinə düşür. Bu barədə Ramin Musayevlə də söhbətimiz olub. Anar Salmanova I divizionda şans verildi və yenə səhv etdi. İnsan öz üzərində işləməlidi və inkişaf etməldi. Mən Xaqani müəllimi müdafiə etmirəm, gördüyümü deyirəm. Mən Anarla da söhbət etmişəm. Ona dedim ki, FIFA referiliyinə namizədliyi Xaqani Məmmədov verir. Çünki hakimlərin necə hazır olduğunu o bilir. Futbolçuları toplanışa kim aparır? Baş məşqçi seçir mənə göndərir. Mən də siyahını təsdiqləyirəm. Burda da o cürdü. Xaqani müəllim qol çəkirsə, biz də təsdiqləyirik. Təəssüflər olsun ki, FIFA baxır ki, bizə adını yazıblar, amma çempionatda yoxdu".
Fanat.az