"Libertadores kuboku" sahibini tapdı

"Libertadores kuboku" sahibini tapdı

Cənubi Amerikanın "Libertadores kuboku"nun qalibi məlum olub.

Qol.Az-ın məlumatına görə, finalda Ronaldinyonun forma geydiyi Braziliyanın "Atletiko Mineiro" klubu ilə Paraqvayın" "Olimpia"sı üzə-üzə gəlib. Görüşün əsas 2:0 hesabı ilə “Atletiko”nun xeyrinə başa çatıb. İlk oyunda “Olimpia” bu hesabla qalib gəldiyindən əlavə vaxt oynanılıb. Əlavə vaxtda da hesab açılmadığından matçın qalibi penaltilər seriyasından müəyyənləşib. Burada "Atletiko Mineiro" zərbələri daha dəqiq yerinə yetirərək 4:3 hesablı qələbə qazanıb.

Bununla da Ronaldinyo futbolçu karyerası ərzində ilk dəfə "Libertadores kuboku"nu qazanıb.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər