"Bayıl Arena"da toplantı

"Bayıl Arena"da toplantı

Bu gün "Rəvan"nın rəhbərliyi ilə əsas komandanın üzvləri arasında görüş baş tutub. Fanat.az xəbər verir ki, səhər məşqindən sonra "Bayıl Arena"nın konfrans zalında keçirilən iclasda klubun vitse-prezidenti İlqar Axundov, idman direktoru Fizuli Əliyev, Ramil Əliyevin rəhbərlik etdiyi məşqçilər korpusu, tibbi-texniki heyət və futbolçular iştirak edib.

Toplantının məqsədi komandanın qış təlim-məşq toplanışını dəyərləndirmək olub. Vitse-prezident İlqar Axundov hazırlıq prosesindən, futbolçuların məşq və yoxlama oyunlarındakı performansından razı qaldığını bildirərək, komanda üzvlərinə I divizionun II dövrəsinin oyunlarında uğurlar arzulayıb və "Rəvan"nın mövsümü qızıl medalla başa vuracağına inandığını ifadə edib.

İdman direktoru Fizuli Əliyev toplanışın plana uyğun şəkildə getdiyini, lazımı transferlərin həyata keçirildiyini bildirib və verdikləri dəstəyə görə klub rəhbərliyinə komanda adından minnətdarlığını çatdırıb. 

Baş məşqçi Ramil Əliyev isə komandanın II dövrəyə tam hazır olduğunu və qarşıya qoyulan məqsədə çatacaqlarını söyləyib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər