Bu gün “Apasport” İdman Agentliyinin yaranmasından 8 il ötür. “APA Holding”ə daxil olan “Apasport” müstəqil Azərbaycanın ilk idman agentliyi kimi 2007-ci ildə fəaliyyətə başlayıb.
Azərbaycanın aparacıcı idman saytlarından biri olan "Apasport" hər gün oхucularına ölkə və dünya idmanı ilə bağlı operativ хəbərlər, maraqlı müsahibələr, ekskliziv məlumatlar çatdırır.
Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin “ən yaxşı idman agentliyi” seçilən “Apasport”un gündə iki dəfə hazırladığı bülleten Azərbaycan və rus dillərində nazirliklərə, idman qurumları və komandalarına, telekanallara, qəzetlərə və digər ünvanlara çatdırılır.
Fanat.az-n kollektivi apasport.az saytındakı həmkarlarını təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.