Qriqorçukun güvəndiyi qapıçı cəzalandırıldı

Qriqorçukun güvəndiyi qapıçı cəzalandırıldı

Topaz Premyer Liqasının XXI turu çərçivəsində keçirilən "Simurq" - "Qəbələ" qarşılaşmasının iştirakçı komandalarının cəzaları açıqlanıb. Fanat.az PFL-in saytına istinadən xəbər verir ki, ümumilikdə cəzanın məbləği 1200 manat təşkil edib.

“Simurq” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.Oyunun 45+2-ci dəqiqəsində “Qəbələ” klubunun 22 №-li futbolçusu Dmitri Bezotosniy sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər