Roman Qriqorçuk "Sumqayıt"la oyunla (2:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Qəbələ”nin baş məşqçisi oyunçularına ikinci yarıda hesabı qorumağı tapşırmadığını deyib:
"Qələbə qazandığımıza görə şadam. Liderlərdən geridəyik və hər oyun meydançaya 3 xal üçün çıxmalıyıq. Birinci hissədəki oyunumuzdan razıyam. İkinci hissədə hesabı qorumağı tapşırmamışdım. Sadəcə, oyunçuların psixologiyası tam formalaşmayıb. Onlar başa düşməlidi ki, 2:0 sürüşkən hesabdı. Sona kimi oynamaq lazımdı. Ümumilikdə, oyunumuzdan razıyam. Futbolçularımı təbrik edirəm".
Fanat.az