“Qəbələ”nin düşərgəsində olan 21 yaşlı Sebai Seninin klubda qalıb-qalmayacağına aydınlıq gəlib. Fanat.az xəbər verir ki, afrikalı futbolçu geri göndərilib.
Baş məşqçi Roman Qriqorçuk bir yoxlama oyununda sınaqdan çıxardığı gənc hücumçudan məmnun qalmayıb və ondan imtina edib.
Xatırladaq ki, Roman Qriqorçukun bəyənmədiyi forvard bir həftə öncə ölkəmizə təşrif buyurmuşdu. O, “Qəbələ”nin əsas heyətinin U-19 komandasına qarşı keçirdiyi yoxlama oyununda 1 qol vursa da, Qriqorçuku razı salmağı bacarmayıb.
Fanat.az