| № | Futbolçu (klubu) | Dəyəri (avro) |
| 1 | Rəşad Sadıqov (Qarabağ) | 650.000 |
| 2 | Rahid Əmirquliyev (Xəzər Lənkəran) | 500.000 |
| 3 | Elvin Məmmədov (İnter) | 400.000 |
| 4 | Əfran İsmaylov (İnter) | 400.000 |
| 5 | Ruslan Abışov (Qəbələ) | 400.000 |
| 6 | Səlahət Ağayev (İnter) | 350.000 |
| 7 | Maksim Medvedev (Qarabağ) | 300.000 |
| 8 | Vüqar Nadirov (Qarabağ) | 300.000 |
| 9 | Cavid Hüseynov (Qəbələ) | 300.000 |
| 10 | Rəşad Sadiqov (Qəbələ) | 250.000 |
| 11 | Emil Balayev (Ayntraxt) | 200.000 |
| 12 | Andrey Popoviç (Sumqayıt) | 200.000 |
| 13 | Orxan Əliyev (Sumqayıt) | 200.000 |
| 14 | Ağabala Ramazanov (Xəzər Lənkəran) | 150.000 |
| 15 | Namik Ələsgərov (Qarabağ) | 150.000 |
| 16 | Qara Qarayev (Qarabağ) | 150.000 |
| 17 | Məhəmməd Mirzəbəyov (İnter) | 150.000 |
| 18 | Arif Daşdəmirov (İnter) | 150.000 |
| 19 | Məhəmməd Qurbanov (Sumqayıt) | 100.000 |
| 20 | Coşqun Diniyev (İnter) | 50.000 |
| 21 | Elvin Camalov (Qəbələ) | 50.000 |
| 22 | Bədavi Hüseynov (Qarabağ) | qiymətsiz |
| 23 | Rəşad Eyyubov (Simurq) | qiymətsiz |
| 24 | Anton Krivotçuk (klubsuz) | qiymətsiz |
| Cəmi | 5.400.000 | |
Prosineçkinin 5,4 milyon avroluq heyəti - QİYMƏTLƏR
Robert Prosineçki milli komandamızın Antalyada təşkil-olunacaq təlim-məşq toplanışı və "Şaхtyor"la yoхlama oyunu üçün heyətini açıqlayıb. "Neftçi" və AZAL-ın oyunçularının, həmçinin Emil Balayevdən başqa ölkə хaricində oynayan legionerlərin çağırılmadığı heyətdə 24 futbolçu yer alıb.
Fanat.az "Transfermarkt"ın futbolçulara qoyduğu qiymətlərə əsasən yığmamızın dəyərini müəyyənləşdirib. Prosineçkinin heyətə cəlb etdiyi 21 futbolçunun ümumi dəyəri 5,4 milyon avrodu. Qalan 3 nəfərə isə qiymət qoyulmayıb.
Yığmamızın ən dəyərlisi həmişəki kimi Rəşad Sadıqovdu. Kapitana 650 min avro qiymət qoyulub. Onu 500 min avro ilə "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev izləyir. Elvin Məmmədov, Əfran İsmaylov və Ruslan Abışovun isə 400 min avro qiyməti var.
Fanat.az
TREND
Tv Afişa
10:47
18.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
12:05
20.10.2026
Şahin Diniyev "Sabah" - "Borussiya" matçına proqnozunu açıqladı
Azərbaycan futbolu
18:19
15.10.2026
"Qarabağ"ın 3 futbolçusu "Neftçi"yə qarşı oynaya bilməyəcək
Azərbaycan futbolu
17:51
19.10.2026
"Sabah" - "Borussiya" matçına neçə bilet satılıb? - SON DURUM