Bu gün Antalya toplanışı çərçivəsində Azərbaycan milli komandası Donetsk "Şaxtyor"u ilə yoxlama görüşü keçiəcək. Fanat.az xəbər verir ki, bu, Robert Prosineçkinin rəhbərliyi altında yığmamızın ilk sınağı olacaq.
Milli komandalar üçün UEFA-nın nəzərdə tutmadığı ir vaxtda yoxlama oyunu keçirmək sevdasına düşən AFFA sparrinq qismində heç bir milliylə razılığa gələ bilmədiyi üçün Ukrayna təmsilçisini seçməli oldu.
24 fevral
Yoldaşlıq oyunu
18:00
Azərbaycan - Şaxtyor (Donetsk, Ukrayna) 1:2
Antalya. "Mardan Stadium"
Qollar: Ələsgərov, 44 - Kosta, 37, İsmaili, 67.
Azərbaycan: Andrey Popoviç, Rəşad Sadıqov, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Qara Qarayev, Əfran İsmayılov, Cavid Hüseynov, Rahid Əmirquliyev, Namiq Ələsgərov, Məhəmməd Qurbanov
"Şaxtyor" (Ukrayna): Andrey Pyatov, Vyaçeslav Şevçuk, Yaroslav Rakitski, Sergey Krivtsov, İvan Ordets, Taras Stepanenko, Fred, Marlos, Dentinyo, Duqlas Kosta, Luiz Adriano
Hakimlər: Vitali Sevostyanik, Sergey Qidreviç və Yevgeni Yuçeviç (hamısı - Belarus)
Fanat.az