Milli komandamızın baş məşqçisi Robert Prosineçki Türkiyə "Milliyət"inə müsahibə verib. Fanat.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Maltayla oyunda qələbə qazanmaq istədiklərini dilə gətirib.
İlk olaraq Prosineçki yığmamıza təyinatı haqda danışıb: "Etiraf edim ki, Azərbaycan yığması ilə yanaşı, bir neçə klubdan da təklif almışdım. Mən Azərbaycanı seçdim. Bu ölkədə xeyli istedadlı futbolçu var. Onlar böyük potensiala sahibdirlər".
Millimizin çalışdırıcısı daha sonra seçmə qrup mərhələsinə də toxunub: "Martda Maltayla oynayacağıq. Vaxtımız çox azdı. Ancaq bu qısa zaman kəsiyində yaxşı hazırlaşmalıyıq. Seçmə mərhələdə ilk qələbəmizi qazanmaq istəyirik".
Fanat.az