Almaniya "Şalke"sinin azarkeşi 1,5 illik azadlıqdan məhrum edilib. Fanat.az xəbər verir ki, buna səbəb oyun zamanı pirotexnikadan istifadə olunmasıdı.
24 yaşlı fanat 2012-ci ildə keçirilən "Şalke" - "Ayntraxt" qarşılaşmasında istifadə etdiyi pirotexniki maddəyə görə "dəmir barmaqlıqlar" arxasına göndərilib. Onun hərəkəti 8 nəfərin xəsarət alması ilə nəticələnib.
Qeyd edək ki, Almaniya futbol tarixində ilk belə haldı ki, fanat pirotexnikadan istifadə etdiyinə görə azadlıqdan məhrum edilib.
Fanat.az