Pantiç: "Həm yerli, həm də əcnəbi oyunçular gedəcək"

Pantiç: "Həm yerli, həm də əcnəbi oyunçular gedəcək"
"Ədalətsiz məğlubiyyət oldu. Yaxşı oynadıq, topa nəzarət etdik, çoxlu hücumlar təşkil etdik. Oyunda güclü tərəf biz olsaq da, sonda məğlub olduq. Rəqib komandanın qapıçısı mükəmməl oyun göstərdi". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ" ilə oyundan sonra "Bakı"nın baş məşqçisi Milinko Pantiç deyib.
Serb mütəxəssis qol vurmaqda çətinlik çəkdiklərini bildirib: "Bu futboldu, hər şey ola bilər. Bizim komanda da qol vurmağa çətinlik çəkirdi, lakin müdafiədə asanlıqla qollar buraxdıq". 
Pantiç heyətdəki dəyişikliklərlə bağlı da danışıb: "Komandada dəyişikliklərin olacağı aydın görünür. Səhvlərimiz, boşluqlarımız göz önündədi. Boşluqları doldurmağa, yaxşı oyunçular transfer etməyə calışacağam. Qış fasiləsində oyunçuları komandaya cəlb etmək çətindi. Yollarımızı ayıracağımız futbolçuların siyahısında həm yerli, həm də əcnəbi oyunçular olacaq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər