Bu qış “Sumqayıt”a keçən Uğur Pamuk zədəsini sağaldıb. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Almaniyada əməliyyat olunan milli üzvü artıq Azərbaycana dönüb.
26 yaşlı futbolçu hətta komanda ilə birlikdə məşqlərə də başlayıb. O, “gənclik şəhəri” təmsilçisində 76 nömrəli futbolkanı geyəcək.
Fanat.az