17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin Polşada keçiriləcək IV qrupuna təyinat alan FİFA referisi Orxan Məmmədov iki matç idarə edəcək. Fanat.az xəbər verir ki, bu ildən beynəlxalq dərəcəli hakim olan Məmmədovun Avropa arenasında debütü martın 21-nə təsadüf edəcək.
Həmin gün baş tutacaq İrlandiya – Yunanıstan qarşılaşmasında ədaləti məhz həmyerlimiz qoruyacaq. Görüşün yan xətt hakimlərindən biri isə Mübariz Haşımov olacaq.
Martın 23-də keçiriləcək Polşa – Yunanıstan qarşılaşmasında isə Orxan Məmmədov 4-cü hakim funksiyasını yerinə yetirəcək. Mübariz Haşımovun köməkçi hakim olacağı həmin oyunda fit sahibi gürcüstanlı Georgi Kruaşvili olacaq.
Martın 26-da keçiriləcək qrupun son turundakı İrlandiya – Polşa oyunu da Orxan Məmmədova həvalə edilib. Haşımovla yanaşı, serbiyalı Nemanya Petroviç onun köməkçisi olacaq. Srcan Yovanoviç (Serbiya) isə dördüncü hakim kim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, bu ay daha bir FİFA referimiz iş başında olacaq. Belə ki, Əliyar Ağayev və laynsman Zeynal Zeynalov 19 yaşadək futbolçuların Avropa çempionatının elit mərhələsinin Almaniyada keçiriləcək II qrup oyunlarına təyinat alıb.
Fanat.az