Orxan Hüseynzadə "Dnepr"in oyununda

Orxan Hüseynzadə "Dnepr"in oyununda
Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb. Fanat.az xəbər verir ki, o, Avropa Liqasının 1/32 final mərhələsində fevralın 19-da, Kiyev şəhərindəki "Olimpiyski" stadionunda keçiriləcək "Dnepr" (Ukrayna) - "Olimpiakos" (Yunanıstan) qarşılaşmasının UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, "Dnepr" Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olub. Kiyevdə təmsilçimizə 0:1 hesabı ilə yenilən Ukrayna klubu Bakıda qələbə qazanıb - 2:1. "Qarabağ"ın "İnter"lə oyunda vurduğu qol qeydə alınmadığından "Dnepr" 1/32 finala çıxıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər