Bu karikaturaya şərh yazmaqdan asan nə var ki... Heç qanadlı oğlanın “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departmentinin rəhbəri Gündüz Abbaszadə olduğunu yazmasaq belə, oxucularımız dərhal tanıyardılar. “Ağ-qaralar”a yeni vitse-prezident gələndən bəri Abbaszadə qaraya da ağ deməyə, öz imicini daha “iştahla yeməyə” başlayıb. Nuş olsun, bəy, nuş olsun! Amma elə ye ki, sonraya da nəsə qalsın.
Çəkdi: Cavad Gaffar
Fanat.az