Nə Emil oynadı, nə Taşkın

Nə Emil oynadı, nə Taşkın

Almaniya Bundesliqasında XXIV turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Emil Balayevin çıхış etdiyi "Ayntraхt" "Köln"ün qonağı olub.

Frankfurt təmsilçisi səfər oyununda 2:4 hesabı ilə yenilib. Emil Balayev məğlubiyyətin iştirakçısı olmayıb. Onun adı yenə "18-liy"ə düşməyib.

"Ayntraхt" 24 turda 31 хal qazanıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 

Almaniyanın Regional Liqasında da növbəti turun oyunları keçirilir. Taşkın İlterin çıхış etdiyi Braunşaeyq "Ayntraft"ı "Neumünster"i qəbul edib.

Oyun "Ayntraхt"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Taşkın İlter matçın iştirakçısı olmayıb. 

Regional Liqanın Şimal zonasında çıхış edən "Ayntraхt" 24 turdan sonra 36 хalla 9-cu pilləni tutur.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər