Almaniyada Bundesliqa-2-də XXIV turun son qarşılaşması keçirilib. Fanat.az xəbər verir ki, milliləşdirilmiş futbolçularımızdan olan Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" "Leypsiq"i qəbul edib.
Hücumçumuzun 73-cü dəqiqədən etibarən meydanda olduğu qarşılaşma qolsuz bərabərliklə sona çatıb.
Bu görüşdən sonra "Karlsrue" 40 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Fanat.az