Nadir Qasımov söyüş söydü

Nadir Qasımov söyüş söydü

AFFA-nın təşkil etdiyi çempionatlarda yenə hakimlər təhqir edilib. Fanat.az İntizam Komitəsinin bununla bağlı qərarlarını təqdim edir:

* U-16 Liqasının “Qarabağ” - “Xəzər Lənkəran” matçının 26-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Kamal Dənziyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır.

* U-16 Liqasının “Simurq” – “İnter” matçının 69-cu dəqiqəsində “İnter” klubunun futbolçusu Nadir Qasımov təhqiramiz ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır.

* U-15 Liqasının AZAL – “Şahdağ matçının 67-ci dəqiqəsində AZAL klubunun futbolçusu Vüqar Rüstəmli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır.

- Oyun bitdikdən sonra AZAL klubunun futbolçusu Nizami Səmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər