"Qalatasaray"ın son 2 ildə həyata keçirdiyi 10 transferdən 7-sinin bu komandada oynaması mümkün deyil. Bir komandada 43 futbolçu ola bilərmi?" Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizli deyib.
Mütəxəssis "Qalatasaray"ın dünən "İstanbul Başakşəhər"ə 0:4 hesabı ilə yenildiyi oyunu dəyərləndirib: "Qalatasaray" komanda ruhunu itirib, oyunçuları qorxur. Bir komandada 43 futbolçu olmaz. "Qalatasaray"da alt xəttlə üst xətt arasında böyük boşluqlar var. Həm texniki, həm də fiziki cəhətdən. "Qalatasaray" kimi bir futbol klubu uğursuz nəticələrin günahkarı olaraq iki stopperi göstərirsə, onlar mübarizəni çoxdan uduzub. Hücumda Burak Yılmazdan başqa iş görən bir futbolçusu yoxdu. Olcan Adını bura qatmaq olmaz. "Qalatasaray"ın xilası üçün təcili resepti bilmirəm. Onlar komanda ruhunu itirib. Resept üçün komanda ruhu lazımdı".
Fanat.az