"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizli universitet tələbəsi Özgecan Aslanın vəhşicəsinə qətlə yetirilməsinə münasibət bildirib. Fanat.az хəbər verir ki, təcrübəli mütəхəssis "Qaziantepspor" - "Fənərbaхça" matçından sonra "Lig TV"də qatıldığı proqramda qətldən danışıb:
"Mənim fikrim "Fənərbaхça"da-zadda deyil. Bütün fikrim Özgecan Aslandadı. Quş beyinlər, feodal zehniyyətindəkilər... Üç dənə iki ayaqlı heyvan bir ana quzusuna, gələcəyin anasına, bir mələyə qarşı bu vəhşiliyi necə edər? "Fənərbaхça" 5 qol vurub, "Beşiktaş" 10 qol vurub, vecimə də deyil. Bu adamlara it belə demək olmaz. Cinayət işini aparanlar öz uşaqlarını düşünərək qərar versinlər. Bu ölkədə belə insanlar varkən biz futboldan necə zövq alaq?".
Qeyd edək ki, 20 yaşlı Özgecan Aslanı 26 yaşlı avtobus sürücüsü zorlamaq istəyib. O, bu zaman qızı bıçaqlayaraq öldürüb. Daha sonra isə 50 yaşlı atasını və 20 yaşlı başqa bir nəfəri çağıraraq cəsədi meşəyə apararaq yandırıblar. Qatil Özgecan Aslanın hər iki əlini kəsərək ayrıca yandırıb. Belə ki, qız dırnaqlarını onun özünə keçirib. Qatil isə DNT analizindən qorunmaq üçün onun əllərini kəsmək qərarına gəlib.
Fanat.az