Mirbağır İsayev məğlubiyyətdən danışdı

Mirbağır İsayev məğlubiyyətdən danışdı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığmaları arasında dünən keçirilmiş yoldaşlıq oyunundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bildirib: 

 

Mirbağır İsayev (Azərbaycan U-17 yığmasının baş məşqçisi): “Oyun rəqibin üstünlüyü ilə keçdi. Hesabı açmağımıza baxmayaraq, qoruya bilmədik. Mərkəzdə buraxdığımız səhvlərdən qapımızda qol gördük. Elit-raund mərhələsinə bir ay qalıb. Bu cür oyunlar keçirmək bizim üçün vacibdi. Elit-raunda qədər ilk 18-liyi müəyyənləşdirməliyik”.

 

Mixail Qalaktionov (Rusiya U-17 yığmasının baş məşqçisi): “Bizi dəvət etdiyi üçün AFFA-ya təşəkkür edirəm. Hər şey yüksək səviyyədə təşkil edilib. Çox maraqlı oyun keçdi. Daha əvvəl də qarşılaşmışıq. Meydanda yaxşı rəqib gördük. İnanıram ki, növbəti oyun da gərgin və maraqlı keçəcək. Komandaların yaxşı potensialı var”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər