Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Taşkın İlterin çıxış etdiyi Braunşveyq "Ayntraxt"nın U-23 komandası Norderştedt "Ayntraxt"ının qonağı olub.
Oyun 1:1 hesabı ilə başa çatıb. Taşkın meydana start heyətində meydana çıxıb. Millimizin üzvü 90 dəqiqə oynayıb.
Qeyd edək ki, Regional Liqanın Şimal zonasında çıxış edən "Ayntraxt" 14 turda 22 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Fanat.az