Millimizin sabiq üzvü Mahiri məyus etdi

Millimizin sabiq üzvü Mahiri məyus etdi

Türkiyənin PTT 1-ci liqasında XXIII turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Mahir Şükürovun "Karşıyaka" Ufuk Budakla Umut Sönmezin forma geyindiyi "Qaziantep BB"nin qonağı olub.

Oyun Qaziantep təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mahir Şükürovla Ufuk Budak start heyətində yer alıb və 90 dəqiqə oynayıb. Ufuk 35-ci dəqiqədə sarı vərəqə alıb. 70-ci dəqiqədə meydana çıхan 21 yaşadək futbolçulardan ibarət millimizin sabiq üzvü Umut Sönmez isə 82-ci dəqiqədə komandasının ikinci qolunu vurub. Bununla da o, ardıcıl 3-cü oyunda qol müəllifi olub.

Qeyd edək ki, "Karşıyaka" 23 turdan sonra 33 хalla 8-ci, "Qaziantep BB" isə 29 хalla 11-ci pillədə qərarlaşıb.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər