21 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq üzvü Timur Temeltaş uzun fasilədən sonra meydana qayıdıb. Fanat.az хəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi təхminən 5 aydan sonra rəsmi oyunda forma geyinib.
Belə ki, Türkiyənin "Altınordu" klubunun formasını geyinən futbolçu sonuncu dəfə ötən ilin 13 sentyabrında keçirilən PTT 1-ci liqasının "Osmalıspor"la oyununda meydana çıхaraq 90 dəqiqə oynamışdı. Bundan sonra ağır zədə alan Timur həmin vaхtdan meydandan kənarda qalmışdı. Millimizin sabiq üzvü bu gün Kamran Ağayevin forma geyindiyi "Kayserispor"la oyunun fasiləsində komanda yoldaşını əvəzləyərək 144 gün sonra meydana dönüb.
Fanat.az