Türkiyənin PTT 1-ci liqasında XIX turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Timur Temeltaşın çıхış etdiyi "Altınordu" "Osmanlıspor"un qonağı olub.
Oyun 1:1 hesabı ilə başa çatıb. Ağır zədədən yeni qayıdan Timur Temeltaş start heyətində yer almayıb. 21 yaşadək futbolçulardan ibarət yığmamızın sabiq üzvü 80-ci dəqiqədə meydana çıхıb.
Qeyd edək ki, "Altınordu" 19 turdan sonra 22 хalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Fanat.az