Millimizin rəqibi rumınlarla "sülh" bağladı

Millimizin rəqibi rumınlarla "sülh" bağladı
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının rəqibi olan Bolqarıstan yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışında olan bolqarlar Rumıniya yığması ilə qarşılaşıblar.
Antalyada baş tutan görüşdə qol vurulmayıb - 0:0. Bolqarıstan yığması bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb: Bojidar Mitrev (Blaqoy Makenciyev, 46), Vençislav Vasilyev, Aleksandr Aleksandrov, Borislav Stoyçev, Petr Zanev (Mixail Venkov, 46), Svetoslav Dyakov, Vladimir Qadjev (Lçezar Baltanov, 46), Stanislav Manolev (Kiril Despodov, 90), Mixail Aleksandrov, Kristiyan Malinov (Stefan Velev, 64), İsmail İsa (Radoslav Vasilyev, 70).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər